Türkan Şoray illər uzunu gizlətdiyi sirrini ictimaiyyətə açıqladı -"Həsrət bitdi..."
9 İyul 2020 17:07 DünyaTürk kinosunun ulduz aktrisasısı, "Yeşilçam Sultanı" kimi tanınan Türkan Şoray öz İnstaqram səhifəsində illər uzunu gizlətdiyi bir sirri ictimaiyyətə açıqlayıb.
Türkan Şoray bildirib ki, onun bir deyil, iki bacısı var. İndiyədək hamıdan gizlətdiyi kiçik bacısı ilə fotosunu paylaşan Türkiyə kinosunun ulduzu həmin bacısının adının Fegen Çevik Gezer olduğunu yazaraq qeyd edib: "Heç kimin belə bir bacısı ola bilməz".
Hər zaman kameralardan özəl həyatını gizlətməyə çalışan Türkan Şorayın digər bacısı müğənni Nazan Şoraydır. Türkan Şoray pandemiya səbəbindən doğma bacıları ilə xeyli vaxt görüşə bilmədiyini vurğulayıb, Fegen üçün xüsusi darıxdığını bildirib və sonda sevincini bölüşüb:
"Həsrət bitdi. Üç bacı bir arada. Mənim bacılarım kimisi yoxdur".
moderator.az