Moskva küçələrində məcburi maska rejimi ləğv edilir
9 İyul 2020 14:42 Dünyaİyulun 13-dən etibarən Moskva küçələrində məcburi maska taxmaq rejimi ləğv ediləcək. Bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, küçələrdə maskadan istifadənin məcburiliyi aradan qaldırılır: "Ancaq yenə də ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maska və əlcəklərdən istifadə etmək lazımdır", - deyə mer bildirib.
obyanin sosial məsafənin qorunması tələbinin hələ də qüvvədə olduğunu əlavə edib.
Daha əvvəl isə bildirilirdi ki, avqustun 1-dən Moskvada 3 min nəfərlik oturacaq tutumuna malik kinoteatrlar, teatrlar və konsert salonlarının fəaliyyəti bərpa olunacaq.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31