Özbəkistanda məscidlər avqustun 1-dək bağlandı
9 İyul 2020 16:17 DünyaÖzbəkistanda məscidlər də daxil olmaqla dini qurumlar iyulun 10-dan avqustun 1-dək bağlanacaq.
Bu haqda qərarı Respublika Xüsusi Komissiyası verib.
"Nazirlər Kabineti yanında Dini İşlər Komitəsi Özbəkistan Müsəlmanları İdarəsinin və digər dini məzhəblərin təkliflərini nəzərə alaraq, ölkədəki epidemioloji vəziyyətə görə 10 iyul-1 avqust tarixləri arasında dini qurumların fəaliyyətini dayandırıb", - deyilib.
Koronavirusa qarşı mübarizə çərçivəsində Özbəkistanda məscidlər karantinin başlaması ilə bağlanıb. Ancaq iyunun 8-dən etibarən "yaşıl" zonalardakı məscidlərin sanitariya tələblərinə uyğun fəaliyyət göstərməsinə icazə verilib.
Ölkədə koronavirusla bağlı vəziyyətin gərginləşməsindən sonra Respublika Xüsusi Komissiyası yenidən karantin qaydalarını iyulun 10-dan avqustun 1-dək sərtləşdirib və ictimai nəqliyyat, ictimai iaşə, park, idman salonu, hovuz, uşaq bağçası, geyim bazarı və digər obyektlərdə olan məhdudiyyətləri bərpa edib.
konkret.az