ABŞ ölüm cəzasını federal səviyyədə bərpa edir
ABŞ ölüm cəzasını federal səviyyədə bərpa edir
9 İyul 2020 17:13 DünyaABŞ-da son 15 ildən çox müddətdə ilk dəfə olaraq edam hökmlərinin icrası federal səviyyədə bərpa olunacaq. İndiana həbsxanasında uşaqları öldürdüyü üçün edam cəzası almış üç məhkuma ölümcül inyeksiya veriləcək. Bu vasitə ilə qatillərin tənəffüsü dayandırılacaq.
Onların ailə üzvləri və qurbanlarına prosesdə iştirak etməyə icazə veriləcək, lakin koronavirus səbəbindən hamısı maska taxmalı olacaqlar.
"The Washington Post" qəzetinin yazdığına görə, belə bir cəza sonuncu dəfə 2003-cü ildə tətbiq edilib. O vaxtdan bəri ştatların dövlət orqanları cinayətkarlara mütəmadi olaraq edam cəzası tətbiq etsələr də, moratorium tətbiq edilirdi.
Bundan əvvəl, ABŞ Ali Məhkəməsi aşağı instansiyaların federal səviyyədə ölüm cəzasının dayandırılması qərarını ləğv edən apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
azvision.az