Daşkənddə bir toyda 79 adam koronavirusa yoluxub
9 İyul 2020 12:55 DünyaÖzbəkistanın paytaxtı Daşkənddə toy edən bir ailə onlarla insanın COVID-19-a yoluxmasına səbəb olub.
Olylar.az azertac-a istinadla xəbər verir ki, toya çağırılan 90 qonağın 79-u koronavirusa yoluxub.
Qeyd edək ki, Özbəkistanda koronavirusla bağlı toy və digər ailə şənliklərinə 30 adamdan artıq qonağın çağırılması qadağandır. Buna görə də, toy sahibi eyni məclisi üç dəfə keçirmək qərarına gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31