Valideynlərini kimyəvi şərbətlə öldürən DANIŞDI
9 İyul 2020 15:09 DünyaAna və atasını hazırladığı kimyəvi şərbətlə öldürən universitet tələbəsi Mahmut Can Kalkan şok ifadələr verib.
Hazırladığı şərbəti valideynlərinə içirdən oğul onların halının pisləşdiyini görüb. Daha sonra həmin şərbətdən kiçik qardaşına da içirtmək istəyib, lakin qardaşı bundan imtina edib. Keçən il baş verən hadisədə xəstəxanaya yerləşdirilən zəhərlənənlər həyatlarını itirib. Mahmut Can isə hadisədə şübhəli bilinərək həbs edilb. Bir müddət həbs həyatı yaşayan Can qəribə ifadələr verməyə başlayıb. Belə ki, o hadisəni törətməyinin məqsədini açıqlayaraq, universitet labaratoriyasında tək olduğu vaxt qırmızı gözlü bir kişinin ona yaxınlaşdığını bildirib. Canın bildirdiyinə görə daha sonra həmin kişi şərbəti onun ana- atasına içirtməyi tapşırıb. Canın bu ifadələrindən sonra onu ruhi xəstəxanaya göndəriblər. Bir müddət orada qalan Can yenidən dəmir barmaqlıqlar arasına alınıb.
sonxeber.az