Murmansk şəhərinin meri koronavirusa yoluxdu
Murmansk şəhərinin meri koronavirusa yoluxdu
9 İyul 2020 11:31 DünyaRusiyanın Murmansk şəhər meri Yevgeni Nikora koronavirusa yoluxub.
Hazırda xəstəxanada olan şəhər rəhbərinin vəziyyəti orta-aöır qiymətləndirilir.
"Dünən xəstəxanaya yerləşdirilmişəm. Özümü pis hiss edirdim. Vəziyyətim orta-ağır olsa da, indi yaxşıyam. İkitərəfli sətəlcəm diaqozu qoyuldu. Həkimlər əladır", - deyə Nikora bildirib.
Mer virusa harada yoluxduğunu bilmədiyini qeyd edib. O, xəstəxanada daha 10 gün qalmalıdır
Qeyd edək ki, Murmanskda ümumilikdə 2429 nəfər koronavirusa yoluxub.
virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31