Sabiq prezident istintaq təcridxanasına köçürülüb

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniyadan sağalaraq istintaq təcridxanasına köçürülüb.

Bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Həkimlər məsləhətləşmə apardılar, nəticədə Atambayevin yenidən istintaq təcridxanasına qaytarılması barədə qərar verildi", - deyə məlumatda bildirilib.

Keçmiş prezidentin vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Atambayev iyunun 30-da ikitərəfli sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Koronavirus şübhəsi olsa da, testin nəticəsi mənfi çıxıb.

Xatırladaq ki, sabiq prezident 11 il müddətinə azadlıqdan məhrum edilib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31