Məhkəməyə bəzənib gələn Adnan Oktar maska taxmaqdan imtina etdi
9 İyul 2020 11:30 Dünyaİki gün əvvəl məhkəməsi olan Adnan Oktar məhkəmə salonuna bəzənib gəlsə də, maska taxmaqdan imtina edib.
Olaylar.az xəbər verir ki, Adnan Oktar məhkəmə salonuna mavi kostyum, qırmızı köynək geyinib gəlib. Uzun saçlarını qara rəngə boyayan və "at quyruğu" şəklində toplayan 65 yaşlı A.Oktar, məhkəmə salonuna daxil olarkən, içəridə olan 30 nəfər "kediciyinə" salam verərək, "Sizin üçün darıxmışam" deyib. Adnan Oktarın "kediciklər"i də "Möhtəşəmsiniz, əlasınız. Biz də sizin üçün darıxmışıq" ifadələrini işlədiblər.
Bər-bəzəkli halı ilə məhkəməyə gələn Adnan Oktar əlində saxladığı maskasını taxmaqdan imtina edib. Məhkəmə heyətinin israrlı təkidi ilə bir qədər sonra maskasını taxan Adnan Oktar, yenə də qanuna əməl etməyib. Maskanı çənəsində saxlayan Adnan Oktara deyilən sözlərin boş olduğu görən məhkəmə heyəti, onun ifadəsini maskasız almağa qərar veriblər.
open.az