Rusiya analoqu olmayan silahını orduya təslim edir
9 İyul 2020 11:35 DünyaRusiyanın "S-500 Prometey" zenit-raket kompleksi növbəti illərdə ordu arsenalına daxil ediləcək.
Bu barədə generalSergey Babakov açıqlama yayıb.
"Kraznaya Zvezda" qəzetinə danışan general bildirib ki, S-500 sistemlərinin əsas vəzifəsi orta mənzilli ballistik raketlərlə yanaşı, lazım gəldikdə qitələrarası ballistik raketləri məhv etməkdir. Sistem hipersəs hava vasitələri, təyyarə və pilotsuz uçuş aparatlarını da məhv etmək qabiliyyətinə sahibdir.
Babakov S-500 sisteminin dünyada analoqunun olmadığını da vurğulayıb: "Sistemin xüsusiyyətləri aerodinamik və balisstik hədəflərə əlavə olaraq yaxın məkan da daxil olmaq üzrə bütün modifikasiyaların hipersəs silahlarını yox etməyi bacarır".
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31