Ukrayna Rusiya ilə daha bir memorandumu ləğv etdi

Ukrayna Nazirlər Kabineti Rusiya Federasiyası ilə terrorizmlə mübarizə sahəsində hökumətlərarası memorandumu ləğv edib.

Bu qərar 8 iyul çərşənbə günü Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Memorandum 12 iyul 2012-ci ildə Yaltada imzalanıb.

Daha əvvəl Ukrayna Xarici İşlər Nazirinin müavini Vasili Bodnar Rusiya Federasiyası ilə müqavilə bazasının minimum səviyyəyə endiriləcəyini deyib.

Onun sözlərinə görə, 2014-cü ilə qədər 453 ikitərəfli müqavilə imzalanıb. İndi təxminən 300 sənəd etibarlı sayılır, lakin gələcəkdə nədən imtina edilə biləcəyini yoxlayırlar.

Xatırladaq ki, 6 dekabr 2018-ci ildə Ali Rada prezident tərəfindən təqdim edilən Ukrayna və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq müqaviləsinin ləğvi haqqında qanun qəbul edib.

Dövlət başçısı qanunu dekabrın 10-da imzalayıb.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31