Aya Sofyanın muzey statusu ləğv edildi
Aya Sofyanın muzey statusu ləğv edildi
8 İyul 2020 17:58 DünyaTürkiyəli jurnalist Mehmet Ardıc Türkiyə Cümhuriyyəti hökumətinin 27 noyabr 1934-cü il tarixli Aya Sofya məbədinə muzey statusunun verilməsi haqqında qərarının ləğv edildiyini açıqlayıb.
"Twitter"də xəbər verib ki, tarixi qərar Türkiyənin Dövlət Hüquq Şurası tərəfindən təsdiqlənib.
Jurnalist əlavə edib ki, Dövlət Hüquq Şurası məsələyə birdəfəlik nöqtə qoyub.
Qeyd edək ki, Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə fəal müzakirələr gedirdi.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31