Ermənistan Müdafiə nazirinin müavini koronavirusa yoluxdu
8 İyul 2020 13:39 DünyaErmənistan Müdafiə nazirinin müavini Qabriel Balayan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bu barədə bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, "Mənim addımım" fraksiyasının üzvü Andranik Koçaryan bildirib.
A. Koçaryan deyib ki, komissiyanın bugünkü iclasında Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan da iştirak etməli idi. Lakin nazir müavini virusa yoluxduğundan iclasa qatıla bilməyib.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31