Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib
7 İyul 2020 18:53 DünyaRusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib.
Yanğınlar ümumilikdə 140 min hektardan çox meşə sahəsini əhatə edir.
Ötən sutka ərzində 4,8 min hektara yaxın ərazidə yanğınlar söndürülüb. Hazırda 230-dan meşə yanğını davam edir.
Bununla əlaqədar olaraq İrkutsk vilayəti Yakutiya Respublikası, Kamçatka və Krasnoyarsk diyarlarının ərazisində tam olaraq, Buryatiya Respublikası, Amur vilayəti, Maqadan vilayəti və Çukotka muxtar mahalının bəzi rayonlarında fövqəladə vəziyyət elan edilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31