Rusiyada dəhşətli yanğınlar: vəziyyət kritikdir
7 İyul 2020 15:31 DünyaYakutiyada 300 min hektar ərazini əhatə edən 90 meşə yanğını 6 rayonun vəziyyətini gərginləşdirir.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.
"Sutka ərzində 24 yeni yanğın ocağı meydana gəlib və yanğının sahəsi 319.5 hektar artıb. Verxoyansk, Jiqansk, Mirninsk, Srednekolımsk, Tompsonsk və Eveno-Bıtantaysk rayonlarında vəziyyət olduqca ağırdır. Eveno-Bıtantaysk rayonunda bu gündən başlayaraq FHN-in aviasiyasını işə salmağı planlaşdırırıq", - məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda yanğının söndürülməsinə 897 canlı qüvvə və 97 texnika cəlb olunub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31