Lunaparkda faciə: sürət qatarından düşüb, öldü
7 İyul 2020 13:12 DünyaFransada 2 yaşlı oğlunun ad gününün qeyd etmək üçün əri ilə birgə lunaparka gedən qadın faciəvi şəkildə həyatını itirib.
Park Saint-Paul lunaparkında əri və bir neçə ailə üzvü ilə birlikdə sürət qatarına minən 32 yaşlı qadın düşərəkhəyatını itirib. Şahidlərin sözlərinə görə qadın düşərkən əri ou ayağından tutmağa çalışıb, lakin müvəffəq olmayıb.
Hadisədən dərhal sonra təcili yardım briqadası gəlsə də, onu xilas edə bilməyiblər.
Qeyd olunur ki, sözügedən lunaparkda 2009-cu ildə də oxşar hadisə baş verib.
qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31