"Altın Kelebek Ödülləri"ndə ən bahalı geyimlərilə yadda qalanlar
7 İyul 2020 11:57 DünyaBu il 46-cı dəfə keçirilən "Altın Kelebek Ödülləri" ənənədən kənara çıxaraq onlayn nümayiş edilib.
Gecədə 3 sənətçi xanım uğurları ilə deyil, geyindikləri geyimlərin markası və qiyməti ilə yadda qalıb.
İlk olaraq "Ən Yaxşı Qadın Sənətçi" nominasiyasının sahibi olan Hadisə, Fendi imzalı 30 min TL dəyərində olan libası, aktrisa Demet Özdemir 50 min TL dəyəri olan qara paltarı və Serenay Sarıkaya 4500 TL dəyərində olan bəyaz libası ilə diqqətləri üzərinə çəkib.
Türk mətbuatı üç xanımın uğurlarından çox, geyimləri ilə yadda qaldıqlarını vurğulayıb.

open.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31