Daha bir ölkə küçəyə çıxma qadağası tətbiq etdi

Kosovoda koronavirus pandemiyasının ikinci dalğası yayılıb.

Kosovoda koronavirus pandemiyasının ikinci dalğası yayılıb.

Hökumət yenidən küçəyə çıxma qadağası tətbiq etməyə başlayıb.

Qərar bu gündən etibarən qüvvəyə minib.

Qeyd edək ki, bir müddət əvvəl Kosovoda sərt karantin rejiminin 3 mərhələli şəkildə normallaşması prosesi həyata keçirilirdi. Bu səbəbdən yoluxmalarda say 5 qat artıb.

Xatırladaq ki, qadağa yoluxmanın çox olduğu şəhərlərdə 21:00-05:00 arasında tətbiq ediləcək.

Son rəqəmlərə görə, Kosovoda 3 min 508 nəfər virusa yoluxub, 75 nəfər ölüb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31