Ukrayna rus dilindən tam imtina edir

Ukrayna rus dilindən tam imtina edir

Ukrayna dilinin statusunun saxlanması prinsipial məsələdir.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Dil məsələsi çox vacibdir, dövlət üçün prinsipial məsələdir. Bizdə ikinci dövlət dili rus dili ola bilməz. Əgər biz Ukrayna haqqında danışırıqsa, o zaman dövlət dili yalnız Ukrayna dili olmalıdır. Ukraynada ikinci dil olmalıdırmı? Əlbəttə, olmalıdır. Bu, gərək ingiliscə olsun", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31