Avstraliyada çiyələyin içərisində iynə tapılıb

Avstraliyanın Cənubi Avstraliya ştatında mağazaların birində çiyələyin içərisində iynə aşkar edilib.

Bu barədə ştat polisi bildirib.

Qeyd olunur ki, iyunun 27-dən iyulun 1-dək 3 bu cür insident baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında müxtəlif istehsalçıların məhsullarında, çiyələk, banan, alma və armudlarda iynələr aşkar edilmişdi. Həmin dövrdə bir qadın çiyələklərin içinə iynə qoymaqda təqsirli bilinmişdi.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31