Fələstində karantin müddəti daha bir ay uzadılıb
6 İyul 2020 12:58 DünyaFələstində koronavirusla bağlı karantin müddəti daha bir ay uzadılıb.
Muxtariyyətin lideri Mahmud Abbas koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyətin daha bir ay uzadılması barədə göstəriş verib.
Fövqəladə vəziyyət avqust ayının 5-ə kimi davam edəcək.
Qeyd edək ki, Fələstin muxtariyyətinin nəzarətində olan ərazilərdə 4,250 nəfərin koronavirusun Covid-19 növünə yoluxduğu qeydə alınıb. Onlardan 19 nəfəri vəfat edib.
interaztv.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31