Rusiyada helikopter qəzası: Ölən və xəsarət alan var - FOTO/VİDEO

Rusiyanın Rostov vilayətinin Kirsalovo qəsəbəsində "Mi-2" helikopteri qəzaya uğrayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov regional baş idarəsindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

İlkin məlumata görə, helikopterin qəzaya uğramasına səbəb mühərrikdə baş verən nasazlıqdır.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31