ABŞ-da iki təyyarə toqquşub- ölənlər var
6 İyul 2020 11:31 DünyaABŞ-ın Aydaho ştatında iki kiçik təyyarə toqquşub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli şerifin idarəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, təyyarələrin toqquşması nəticəsində 8 nəfər həlak olub, lakin hələki yalnız iki nəfərin meyiti aşkarlanıb.
Bildirilir ki, təyyarələr gölün üzərində toqquşub və onların parçaları göldə batıb. Təyyarələrin parçaları bazar ertəsi və ya çərşənbə axşamı sudan çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31