Pandemiyaya görə 100 ildən sonra sərhədlər bağlanır
6 İyul 2020 11:27 DünyaAvstraliya çərşənbə axşamı günü ən çox əhalisi olan iki dövlətlə sərhədi qeyri-müəyyən vaxtdadək bağlayacaq.
Bu barədə ölkənin Baş naziri Daniel Endrüs məlumat verib.
Hökumətin qərarının səbəbi koronavirusun yeni dalğasının başlamasıdır.
Endrüs bildirib ki, sərhəd 100 il əvvəl - 1919-cu ildə iki ştat arasında İspan qripinə görə elan edilən pandemiya zamanı bağlanıb.
Son günlərdə paytaxt Viktoriyanın Melburn şəhərində COVİD-19-a yoluxma hallarının sayı kəskin artıb ki, bu da hakimiyyəti 30 şəhərdə sosial məsafəni təmin etməyə vadar edib. 9 şəhərdə isə sərt karantin tətbiq edilib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31