Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

Koronavirus pandemiyası səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultanda ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyulub.

Bu barədə şəhər nəqliyyat sistemini idarə edən "City Transportation Systems" şirkətininin mətbuat xidməti məlumat yayıb.

Şirkətin məlumatına əsasən, bu müddət ərzində avtobuslarda və ictimai nəqliyyat vasitələri parkında dezinfeksiya işləri aparılacaq.(oxu)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31