Rusiyada yaxın günlərdə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ
5 İyul 2020 11:08 DünyaRusiya hidrometeoroloqları anomal istilər barədə xəbərdarlıq ediblər.
Yaxın günlərdə bir neçə vilayət və şəhərdə havanın temperaturunun 40 dərəcəni ötəcəyi proqnozlaşdırılıb.
Belə ki, Saratov vilayətində 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40, Rostovda 40-41, Həştərxanda 40-42, Kalmıkiyada 42-43 dərəcə istilik gözlənilir.
Yüksək temperatura görə meşə yanğınlarının olacağı da istisna edilmir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31