Özünə 6600 manatlıq qızıl maska düzəltdirdi - FOTO

Hindistanlı biznesmen Şankar Kurade koronavirusdan qorunmaq üçün 289 min rupi dəyərində (təqribən 6600 AZN) maska düzəltdirib.

O, bu addımı ilə yerli və beynəlxalq medianın diqqətini üzərində cəmləyib.

Bildirilir ki, o, başqa bir kişidə gümüşdən maska gördükdən sonra zərgərə belə bir sifariş verib

Kuradenin sözlərinə görə, 2,5 kq qızıldan hazırlanan maskada nəfəs almaq üçün kiçik dəlik var.

"Qızıl maska ilə küçəyə çıxanda hamının diqqət mərkəzinə düşdüm. Ailəmin qızıla olan marağı bu tərəflərdə məşhur olsa da, qızıl maska tam yenilik idi, ona görə insanlara maraqlı gəlir", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31