Bu şəhərdə fövqəladə vəziyyət elan edildi
3 İyul 2020 17:52 DünyaSerbiyanın paytaxtı Belqradda koronavirusun yenidən yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Olaylar.az Trend-ə istinadən məlumat verir ki, bu barədə şəhərin meri Zoran Radoyiçiç bildirib.
Qeyd olunur ki, Serbiyada son sutka ərzində yoluxma sayı kəskin artıb. Bütün ölkədə 359 yeni yoluxma qeydə alınıb.
Serbiyada yoluxmanın 82,5 faizi paytaxtı Belqradın payına düşür.
Bu günədək Serbiyada 15 mindən çox şəxs koronavirusa yoluxub, 287 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31