Avropa Parlamentinin binası qarət edilib
3 İyul 2020 11:12 DünyaKoronavaris pandemiyası səbəbindən Avropa Parlamentinin binasında olmayan deputatların otaqları qarət edilib.
Oğrular azı 50 deputatın notebookunu aparıblar.
Bildirilib ki, deputatlar pandemiya səbəbindən Brüssel şəhərindən kənarda olublar.
İki notebooku oğurlanan almaniyalı millət vəkili Niko Semsrott hadisəni böyük qalmaqal adlandırıb:
"Hadisəni ört-basdır etməyə çalışırlar. Əminik ki, onlar (oğrular - Red) hər şeyimizə baxıblar".
Avropa Parlamentinin nümayəndəsi bildirib ki, hadisə aprel ayında baş verib. Bundan sonra ərazidə keşik çəkən təhlükəsizlik qüvvələrinin sayı artırılıb. / Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31