Yakutiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Yakutiya Respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Daha təhlükəli meşə yanğınları Abıysk və Nijnekolımsk rayonlarında qeydə alınıb.

Ümumilikdə, respublika ərazisində 1519 hektar ərazidə 30 meşə yanğını davam edir.

Yanğınların qarşısının alınması üçün çoxlu sayda texnika cəlb olunub.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31