"Twitter" Trampın şəklini sildi – FOTO
2 İyul 2020 16:00 DünyaAmerika Birləşmiş Ştatları prezidenti Donald Tramp ilə dünyaca məşhur sosial şəbəkə "Twitter" arasında gərginlik alovlanmaqda davam edir.
"Twitter" Trampın paylaşdığı şəklini müəllif hüquqlarının pozulması səbəbindən silib. Belə ki, 2015-ci ildə "New York Times" qəzetinin müxbiri tərəfindən çəkilən şəkil, sözügedən qurumun şikayəti üzərinə sosial şəbəkədən silinib. "Twitter" Trampın şəklini silərək, yerinə "bu şəkil müəllif hüquqları əlində olan qurumun müraciəti sonrası silinmişdir" açıqlamasını yazıb.
Qeyd edək ki, daha əvvəl də "Twitter" Trampın paylaşımlarına həqiqiliyinin şübhəli olmasını səbəb göstərərək xəbərdarlıq işarəsi qoymuşdu. Şirkət həmçinin ABŞ prezidentinin paylaşdığı bir videoya isə "manipulyasiya olunmuş fayl" sözünü qeyd etmişdi.

big.az