Ukraynada mədənçilər 3 gündür aksiya keçirir

Ukraynada mədənçilər 3 gündür aksiya keçirir

Ukraynada mədənçilər 3-cü gündür ki, Prezident Vladimir Zelenskinin ofisinin yaxınlığında aksiya keçirir.

Etirazçılar maaşlarının ödənilməsini tələb edirlər. Onlar şüarlar sələndirir, hökuməti kömür sənayesini qorumağa çağırırlar.

Bir gün əvvəl etirazçılar Zelenskinin ofisinin yaxınlığında çadır qurmaq istəyiblər, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyib. Bundan sonra polislərlə nümayişçilər arasında münaqişə yaşanıb.

Prezident aparatı rəhbərinin müavini Yulia Kovaliv mədənçilərin yanına gedib. O, ilin əvvəlindən toplanmış əmək haqqı borclarının ödənilməli olduğunu bildirib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31