Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO
2 İyul 2020 15:09 DünyaYalta şəhərinin meri İvan İmqrunt süpürgəçi forması geyinərək, şəhərin təmizliyində iştirak edib.Bu barədə şəhər rəhbəri özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.Qeyri-adi iməcilikdə şəhər merinin iş yoldaşları da iştirak edib. Onlar şəhərin əsas küçəsini bioşampunla yuyublar.İ.İmqrunt onu da vurğulayıb ki, süpürgəçilərin forması rahat, komfortlu, yüngüldür və işləməyə mane olmur.O, həmçinin, təmizliyin ideal olması üçün küçələri əllə yumağı tövsiyə edib. Bunun üçün süpürgəçi ştatını artırmağı düşündüyünü deyib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31