Lukaşenko ölkəsinin koronavirusa qalib gəldiyini deyir

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin koronavirus infeksiyası üzərində qələbə çaldığını deyib.

Lukaşenko dövlət mükafatlarının təqdimedilməsi zamanı çıxışında COVID-19 ilə mübarizənin başında duran həkimlərin işini xüsusilə qeyd edib.

Onun sözlərinə görə, Belarus siyasi məntiq və xalq müdrikliyi nümayiş etdirdi.

"Bu gün qalib gəldiyimizi deyə bilsək də, mübarizənin dərəcəsini azaltmırıq. СОVID-19 üzərində qəti qələbədən sonra biz mütləq bu gün vəzifəsinin başında olan həkimlərimizlə görüşəcəyik", - deyə Lukaşenko bildirib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31