Bill Qeyts COVİD-19-un yayılma səbəbini açıqladı

Bill Qeyts COVİD-19-un yayılma səbəbini açıqladı

COVİD-19-un ABŞ-da sürətlə yayılmasının əsas səbəblərindən biri sosial şəbəkələrdəki saxta məlumatlardır.

Bunu "Maykrosoft" şirkətinin təsisçisi Bill Qeyts iddia edib.

Qeyts ABŞ-ın pandemiya ilə mübarizədə sərgilədiyi mövqeyi sərt tənqid edib:

"ABŞ məsələ ilə bağlı gözlənilən liderliyi nümayiş etdirə bilmir və kifayət qədər koordinasiya yaratmır. Ölkədə virusun sürətlə yayılmasının əsas səbəblərindən biri sosial şəbəkələrdəki saxta məlumatlardır. Feysbuk və digər platformalar COVİD-19 haqqında yayılan yalan məlumatlarla mübarizədə çətin vəziyyətdə qalır".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31