DƏHŞƏT! Çində donuzun orqanları meymuna köçürüldü

Çində Hərbi Hava Qüvvələrinin Hərbi-tibbi universitetinin həkimləri eksperiment keçirib.

Onlar üç meymuna donuzun orqanlarını transplantasiya ediblər.

Qeyd olunur ki, meymunlardan birinə donuzun ürəyi, digərinə böyrəyi, üçüncü meymuna isə qaraciyər köçürülüb.

Ürək və böyrək transplantasiya edilən meymun bir müddət sonra ölüb.

Qaraciyər köçürülən meymun isə iki həftədir ki, yaşayır. Mütəxəssislər bildirir ki, bu, digər heyvanın orqanı köçürülmüş heyvanın sağ qaldığı ən uzun müddətdir.

Qeyd edək ki, ötən il britaniyalı alim yaxın illərdə donuz ürəyinin insana köçürülməsinin mümkün ola biləcəyini demişdi.

redaktor.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31