Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI
2 İyul 2020 10:42 DünyaRusiyada 1 iyul Konstitusita referendumunun nəticələri məlum olub.
Ölkənin Mərkəzi Seçki Komissiyası səslərin 99,97%-nin hesablanmasından sonra seçicilərin 77,92%-nin dəyişikliklərə "hə", 21,26%-nin isə "yox" dediyini elan edib.
65%-lik seçici fəallığının müşahidə olunduğu referendum Konstitusion dəyişikliklərə müsbət rəy verib. Rusiyanın subyektləri arasında yeganə olaraq Nenetsk Muxtar Dairəsində dəyişikliklərə yox deyənlər hə deyənləri üstələyib
modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31