Putin referendumda iştirak etdi

Putin, 2036-cı ilə qədər prezident qalmasını təmin edən konstitusiya dəyişikliklərinə səs verib.

Rusiya Prezidenti Vladimir Putin ölkənin siyasi sistemini dəyişdirəcək və 2036-cı ilə qədər prezident olmasına imkan verən konstitusiya dəyişikliyi üçün keçirilən səsvermədə iştirak edib.

Putin paytaxt Moskvadakı Rusiya Elmlər Akademiyasının binasında açılan məntəqədə, Baş nazir Mixail Mişutsin isə "1241" nömrəli məktəbdə nömrəli qutuda səs verib.
Mişustin jurmalistlərə verdiyi açıqlamasında, "Bu gün burada Rusiyanın gələcəyini müəyyənləşdiririk. Ölkəmizin sosial və iqtisadi inkişafının, tarixinin, adət-ənənələrinin və dəyərlərinin qorunmasına səs verdim" deyib.

Koronavirus (COVID-19) epidemiyası səbəbindən konstitusiya dəyişikliyi iyunun 25-də başlamış və bu gün qutular bağlanandan sonra səsvermə prosesi başa çatacaqdır.
Rusiya Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 25-dən bu gün saat 12:00-dək qeydə alınan seçicilərin 57.43 faizinin səs verdiyini bildirib.
"Səsvermə prosesində ciddi bir pozuntu olmadığını" deyən Rusiya Mərkəzi Seçki Komissiyasının prezidenti Ella Pamfilova, səsvermə sisteminin seçici üçün olduqca rahat keçdiyini söyləyib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31