ABŞ-da F-16 qırıcısı qəzaya düşdü

ABŞ Hərbi Hava Qüvvələrinə aid F-16CM tipli qırıcı təlim zamanı qəzaya uğrayıb.

Hərbi təyyarə Cənubi Karolina ştatındakı Şav hərbi bazasından havalanıb.

Pilotun vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31