Rusiyadan peyvəndlə bağlı ŞAD XƏBƏR

Rusiyanın elm adamları tərəfindən hazırlanan 3 COVID-19 peyvənd prototipi virusa qarşı immun sisteminin yaranmasında effektiv olub.

Olaylar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Elmi Araşdırmalar Mərkəzinin (Vektor) direktoru Renat Maksudov danışıb.

O, prototiplərin sınaqlarının uğurla bşa çatdığını, əldə edilən nəticələr baxımından ən təkmil dərmanların məhz bunlar olduğunu bildirib.

Daha əvvəl Rusiya Vaş nazirinin müavini Tatyana Qolikova "Vektor"u COVID-19-a qarşı peyvənd hazırlayan öncül mərkəzlərdən biri adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31