Gürcüstanda DİN əməkdaşı qətlə yetirilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı soyuq silahla qətlə yetirilib.

Hadisə Qori şəhərində baş verib.

Şahidlərin sözlərinə görə, qətli törədən şəxs xarici ölkə vətəndaşıdır və DİN əməkdaşı ilə birgə yaşayıb.

Qətldə ittiham olunan şəxs artıq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31