Təyyarə şirkətindən ŞOK QƏRAR: 15 min nəfəri işdən çıxaracaq
1 İyul 2020 11:01 DünyaAvropa mərkəzli "Airbus" təyyarə istehsalçısı gələn il 15 min əməkdaşını işdən çıxaracaq.
Şirkət koronavirus pandemiyasından qaynaqlanan maliyyə böhranına görə bu addımı atacaq.
Plan çərçivəsində Fransada 5 min, Almaniyada 5 min 100, İngiltərədə 700, İspaniyada 900, digər təsislərdə 300 nəfərin işinə son veriləcək. İlk mərhələdə üstünlük erkən təqaüdə çıxmaq və işdən könüllü şəkildə ayrılmaq istəyənlərə veriləcək.
"Airbus"dan verilən açıqlamada pandemiyadan əvvəlki vəziyyətə geri qayıtmağın 2023-2025-ci illərdə reallaşa biləcəyi qeyd olunub.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31