Qırğızıstanda yüzlərlə tibb işçisində virus aşkarlandı

Qırğızıstanda koronavirusa 439 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ölkədə pandemiyanın başlamasından bəri sutka ərzində müşahidə olunan ən böyük göstəricidir.

Qırğızıstanda virusa yoluxanların ümumi sayı 5735 nəfərə çatıb. Onlardan 879-u tibb işçisidir. İndiyədək 62 xəstə həyatını itirib, 2442 nəfər sağalıb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31