Ərdoğanın qızı haqqında əxlaqsız paylaşım - Saxlanıldı
1 İyul 2020 11:05 DünyaTürkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak və ailəsi ilə bağlı sosial şəbəkədə əxlaqsız paylaşım edən E.B. saxlanılıb.
4-cü övladı dünyaya gələn Berat və Esra Albayrak cütlüyü yeni doğulan körpəsinə Həmzə Saleh adı verib.
Mersin şəhərində yaşayan E.B. bu xəbərdən sonra Tvitterdə bununla bağlı təhqiramiz paylaşım edib. İzləyicilər E.B.-yə sərt reaksiya göstəriblər. Kibercinayətkarlıqla Mübarizə Dairəsi əməkdaşları həmin şəxsi nəzarətə alıblar.
İstintaqı davam edən E.B.-nin işi sabah məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük qızının həyat yoldaşıdır.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

