Ermənistan parlamenti referendum qərarını ləğv etdi
30 İyun 2020 16:27 DünyaErmənistan parlamenti növbədənkənar iclasda "Konstitusiya Məhkəməsi haqqında" qanuna düzəlişi birinci oxunuşda qəbul edib.
Qanunun lehinə 80 deputat, əleyhinə isə 1 deputat səs verib.
Parlament həmçinin 6 fevral 2020-ci ildə qəbul etdiyi referendum haqqında qanunu ləğv edib. Qanunun lehinə Mənim Addımım Blokunun bütün deputatları səs veriblər.
Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları iclasa qatılmayıblar.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31