Türkiyəyə geri dönən İŞİD üzvüləri belə izlənilirmiş...

"International Crisis Group"  "İŞİD-ə qatılıb, geri qayıdan Türkiyə vətəndaşları" başlığı ilə hesabat hazırlayıb.  Hesabatda geri dönənlərin 5 min ilə 9 min arasında olduğu qeyd edilib. 

Türkiyənin təhlükə yarada biləcək insanları izləyərək, silahlı birləşmələrə yönələnləri nəzarətə alaraq, 2017-ci ildən bu yana İŞİD-in hücum planlarının qarşısını almağı bacardığı qeyd edilən 36 səhifəlik hesabatda rəsmi Ankaranın İŞİD silahlılarına qarşı nə cür siyasət yürütdüyü araşdırılıb.

Hesabatda İŞİD-dən geri dönənlərin cihadçı zorakılıq şüurundan tamamilə çıxarılması üçün sosial proqramların hazırlanmasının vacibliyi vurğulanıb.

Redaktor.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31