Ermənistanda koronavirus xəstəsi özünü pəncərədən atdı

Ermənistanda koronavirus diaqnozu təsdiqlənmiş xəstə özünü tibb mərkəzinin pəncərəsindən yerə atıb.

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan 55 yaşlı vətəndaşın iyunun 29-da xəstəxanaya yerləşdirildiyini deyib.

"Bu gün özünü xəstəxana palatasının pəncərəsindən atıb. Çoxsaylı sınıqlarla onu İrəvana apardılar. Həkimlər vəziyyətini ağır qiymətləndirir", - deyə Nikoqosyan əlavə edib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31