Makron Paşinyana 80 milyon avro kredit təklif edib
30 İyun 2020 12:39 DünyaFransa iqtisadi böhrana tab gətirmək üçün Ermənistana 50-80 milyon avro kredit verməyə hazırdır.
Bu barədə Fransa Prezidenti Emmanuel Makronun baş nazir Nikol Paşinyana göndərdiyi məktubda bildirib.
Fransa lideri koronavirusla mübarizədə Ermənistana kömək göstərməyə hazır olduğunu qeyd edib.
Onun sözlərinə görə, Fransa və Ermənistan sosial, səhiyyə, iqtisadiyyat sahələrində ciddi problemlərlə üzləşirlər. Lakin böhran bu ölkələri dayandırmamalıdır.
"Yaxın günlərdə artıq işləyən qrupu əvəz etmək üçün Ermənistana yeni könüllü həkim heyəti göndəriləcək. İqtisadiyyata gəlincə, Fransız İnkişaf Agentliyi vasitəsi ilə Ermənistana digər kreditlər ilə birlikdə böhrana tab gətirməyə kömək edəcək 50-80 milyon avro məbləğində kredit verilməsinə baxmağa hazırıq".
azvision.az