Rusiyada əhalinin siyahıyaalınması təxirə salınıb
30 İyun 2020 12:11 DünyaRusiyada əhalinin siyahıyaalınması gələn il keçiriləcək.
Bunu Rusiya Statistika Komitəsinin rəhbəri Pavel Malkov bildirib.
"Rusiya hökumətinin qərarına əsasən, əhalinin siyahıyaalınması aprelin 1-dən 30-dək keçiriləcək. Qərar tezliklə çap olunacaq", - o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl bu kampaniyanın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus səbəbindən təxirə salındı. / Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31