Özbəkistanda koronavirusdan daha bir həkim öldü

Özbəkistanın Səhiyyə Nazirliyi ölkədə koronavirusla bağlı son günün statistikasını açıqlayıb.

Bir gün içində daha 267 nəfər virusa yoluxub.

Beləliklə, ölkədə yoluxma hallarının ümumi sayı 8 298 nəfərə yüksəlib. Həmçinin son sutka ərzində 2 nəfər pandemiyanın qurbanı olub.

Bildirilir ki, həyatını itirənlərdən biri koronavirusla mübarizə aparan həkim olub.

Bununla da, infeksiyadan həyatını itirənlərin ümumi sayı 24 nəfərə çatıb.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31